SON DƏQİQƏ
» » İvanişviliyə qarşı daha bir müxalif kanal açılır

İvanişviliyə qarşı daha bir müxalif kanal açılır

Tarix:

3-08-2019, 16:12

/ 1 809 dəfə oxundu.
İvanişviliyə qarşı daha bir müxalif kanal açılır

Gürcüstanda daha bir müxalifyönlü televiziya açılacaq.

GunAz.az xəbər verir ki, yeni televiziyanı keçmiş müdafiə naziri David Kezeraşvilinin maliyyələşdirəcəyi bildirilib.

Yeni televiziya direktor olaraq Zurab Qumbaridze gətiriləcək. Artıq bununla əlaqədar olaraq hökumət müxtəlif yollarla Qumbaridzeyə qarşı təzyiqə başlayıb. Onun “Rustavi 2” televiziyasındakı kabinetində prokurorluq axtarış aparıb.

Bir sıra mətbuat orqanları isə Kezeraşvilinin yaradacağı televiziyanın sponsorlarından birinin biznesmen David Yakobaşvili olacağını vurğulayıblar. Mətbuat bu məsələdə xüsusilə Yakobaşvilinin Rusiya ilə əlaqələrinə diqqət çəkib.

Qeyd edək ki, Kezeraşvili əslən yəhudidir. O, 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.

Bir müddət əvvəl “Rustavi 2”nin baş direktoru Nika Qvaramiya da yeni televiziya yaradacağını açıqlamışdı.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ