SON DƏQİQƏ
» » İki ölkə əlaqələrində gərginliyə baxmayaraq İran və BƏƏ razılaşma imzalayıblar

İki ölkə əlaqələrində gərginliyə baxmayaraq İran və BƏƏ razılaşma imzalayıblar

Tarix:

1-08-2019, 20:57

/ 1 272 dəfə oxundu.
İki ölkə əlaqələrində gərginliyə baxmayaraq İran və BƏƏ razılaşma imzalayıblar

Birləşmiş Ərəb Əmirliyinin Sahil Mühafizə İdarəsinin İrana səfəri və baş tutan danışıqlardan sonra tərəflər əməkdaşlıq razılaşması imzalayıblar.

GunAz.az  İRNA-a istinadla xəbər verir ki, İran və BƏƏ Sahil Mühafizə İdarələri sərhədlərdə nəzarət və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlıq razılaşması imzalayıblar.

Tehrdanda iki günlük müzakirələrdən sonra razılaşma imzalanıb və tərəflər görüşlərin davam etdirilməsi qərarını veriblər.

Qeyd edək ki, BƏƏ və İranın sözügedən qurumlarının bu toplantısı son 4 ildə iki ölkə rəsmi qurumlarının ilk dəfə bir araya gəlməsi hesab edilir.

2015-ci ildə 4 ərəb dövləti o cümlədən BƏƏ İranla diplomatik əlaqələri dayandırıblar. Son aylarda Hörmüz boğazında neft gəmilərinin qarşılıqlı şəkildə saxlanılması və hədəfə alınmasını nəzərə aldıqda, eləcə də ABŞ -ın Hörmüzdə dəniz nəqliyyatı təhlükəsizliyini təmin etmək istiqamətində yeni hərbi ittifaq yaratmaq təklifi verməsi fonunda, BƏƏ və İran Sahil Mühafizə İdarələrinin bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ