SON DƏQİQƏ
» » Rusiya, İran və Türkiyə arasında - Razılaşma

Rusiya, İran və Türkiyə arasında - Razılaşma

Tarix:

15-09-2017, 15:19

/ 1 106 dəfə oxundu.
Rusiya, İran və Türkiyə arasında - Razılaşma

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranı ilə bağlı müzakirələr aparan Rusiya, İran və Türkiyə açıqlama yayıb.

GUNAZ.az xəbər verir ki, tərəflər danışıqlardan sonra İdlib başda olmaqla, Suriyanın 4 bölgəsində gərginliyi azaltmaq üçün razılaşdıqlarını bildiriblər.

Açıqlamada İdliblə yanaşı, Latakiyanın şimalı, Hələbin qərbi və Dəməşqin şimalında gərginliyi azaltmaq məsələsində razılaşma əldə edildiyi qeyd olunub. Sözügedən bölgələrdə təhlükəsizliyin təmin olunması üçün 6 aylıq anlaşmanın imzalandığı, lakin bu müddətin uzadılmasının mümkün olacağı qeyd edilib.

Bundan başqa, növbəti Astana görüşünün oktyabr ayında keçiriləcəyi açıqlanıb.//axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ