
Rusiya Duması və prezidenti arasında tamhüquqlu dialoq yoxdur.
GunAz.az xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov Dumada çıxışı zamanı deyib.
“Hökumətin tamhüquqlu dialoqu davam etdirməsi məsələsində israr edirik. Hesab edirəm ki, keçən mövsümdən aramızda normal dialoq pozulub. Putini kimin fraksiya liderləri ilə danışıqlardan uzaqlaşdırdığını bilmirəm, amma bu çox pis simptomdur. Artıq ölkədə 6-cı ildir ardıcıl olaraq sosial gərginlik artır və liberal revanş cəhdləri müşahidə edilir. Bu özünü Moskvada, Sankt-Peterburqda göstərir”, – deyə o bildirib.
N.SAFURA