
Ermənistanda polis əməkdaşları ölkənin Baş naziri Nikol Paşinyanın valideynlərinin İcevanda yaşadıqları evin yaxınlığında post qurublar.
“Jamanak” qəzeti yazır ki, bu barədə qərar İcevanda baş vermiş məlum iğtişaşlardan sonra alınıb.
Belə ki, İcevanda onlarla vətəndaş Gürcüstana gedən dövlət əhəmiyyətli yolu bağlayaraq, meşədə ağacları kəsməyə və odun daşımağa icazə verilməsini tələb edib.
Hüquq-mühafizə orqanları ehtiyat edir ki, hökumətdən narazı olan icevanlılar N.Paşinyanın valideynlərindən qisas almaq qərarına gələ bilərlər.