SON DƏQİQƏ
» » Məryəm Məcidova ABŞ-da Yüksək Səviyyəli Siyasi Forumda iştirak edib

Məryəm Məcidova ABŞ-da Yüksək Səviyyəli Siyasi Forumda iştirak edib

Tarix:

23-07-2019, 17:34

/ 1 909 dəfə oxundu.
Məryəm Məcidova ABŞ-da Yüksək Səviyyəli Siyasi Forumda iştirak edib

10-19 İyul 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunan Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forum keçilmişdir. Yüksək Səviyyəli Siyasi Forum Birləşmiş Millətlər Təşkilatının 2030 Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi yönündə BMT-nin üzv ölkələri və ixtisaslaşdırılmış təşkilatları arasında inkluziv və effektiv dialoq üçün inkluziv platforma təmin edir.

Forumun əsas məqsədi dayanıqlı inkişaf üçün siyasi liderlik, idarəetmə və məsləhətlər üçün bütün maraqlı tərəflərin iştirak edə biləcəyi dinamik və inkluziv bir platforma yaratmaq, eyni zamanda, qaydalı beynəlxalq dialoqun yaradılması və DİM-lər üçün hərkəs tərəfindən razılaşdırılmış fəaliyyət planının təqdimatı üçün əlverişli şərait yaratmaqdır.

Forumda Azərbaycanın rəsmi nümayəndə heyəti - Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri Məryəm Məcidova, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev və bir sıradövlət rəsmiləri iştirak etmişdir. 
Forumda çıxış edən NAYORA-nın Sədri Məryəm Məcidova Dayanıqlı İnkişaf Məqsədləri fonunda “heç kəs kənarda qalmasın” prinsipini rəhbər tutaraq, hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək, həm dünya, eləcə də, Azərbaycanda qeyri-formal təhsilin inkişaf etdirilməsi üçün geniş imkanlar yaratmaq və bu istiqamətdə əsaslı işlərin görülməsi, bərabərsizliklərə qarşı səylərin səfərbər edilməsi barədə qısa məlumat verib.

15 İyul tarixində Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla təqdim olunub və iştirakçı ölkələrin, BMT vədigər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov hesabat barədə təqdimatla çıxış edərək, son dövrlərdə ölkəmizdə inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə fəaliyyətin tənzimlənməsi və məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşməsi barədə ətraflı məlumat verib. Eyni zamanda, nümayəndə heyətinin rəhbəri Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırıb, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. Hazırda Azərbaycan regionda və MDB məkanında ilk, ümumiyyətlə isə dünyada ikinci hesabatı təqdim edən 14 ölkədən biridir.

Qeyd edək ki, BMT-nin müəyyən etdiyi “İnsanların hüquq və imkanlarının genişləndirilməsi və onların inklüzivliyinin və bərabərliyinin təmin edilməsi” tematik mövzusuna uyğun 4-cü “Keyfiyyətli təhsil”, 8-ci “Layiqli əmək və iqtisadi artım”, 10-cu “Bərabərsizliyin azaldılması”, 13-cü “İqlim dəyişikliyinə qarşı mübarizə”, 16-cı “Sülh, ədalət və səmərəli institutlar” və hər il nəzərdən keçirilən 17-ci “Məqsədlər üçün tərəfdaşlıq” məqsədləri üzrə təqdim olunan ikinci milli hesabat İqtisadiyyat Nazirliyi tərəfindən yerli ekspert və Dayanıqlı İnkişaf Məqsədləri üzrə yaradılmış işçi qruplarının iştirakı ilə aidiyyəti dövlət qurumlarının məlumatları nəzərə alınmaqla hazırlanıb.

Daha sonra Əli Əhmədov BMT Baş katibinin birinci müavini Amina Mohammedlə görüşüb. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri istiqamətinə gördüyü işlər əsas müzakirə mövzusu olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ