SON DƏQİQƏ
» » II Qareginin qardaşı Paşinyanın adamından imtina etdi

II Qareginin qardaşı Paşinyanın adamından imtina etdi

Tarix:

23-07-2019, 13:05

/ 1 786 dəfə oxundu.
II Qareginin qardaşı Paşinyanın adamından imtina etdi

Ermənistanın diasporla iş üzrə baş komissarı Zare Sinanyan Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə görüşüb.

GunAz.az xəbər verir ki, görüşdə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan da iştirak edib. Karasin görüş zamanı ermənilərin Rusiyanın siyasi, mədəni, ictimai və iqtisadi həyatında aktiv iştirak etdiyini bildirib. Sinanyan isə Ermənistanın diasporla iş üzrə baş komissarının ofisinin əsas hədəfləri barədə Karasini məlumatlandırıb.

İrəvanın nümayəndəsi Moskvada həmçinin Rusiya və Novo-Naxçıvan Yeparxiyasının arxiyepiskopu Yezrasla da görüşməyə cəhd edib, lakin Yezras Sinanyanı qəbul etməyib. Sinanyan Yezrasa erməni diasporunun ondan narazılığını arxiyepiskopa çatdırmaq fikrində olub. Belə ki, Yezrasdan ən çox narazı olan Rusiya Erməniləri İttifaqının nümayəndələridir. Onlar Yezrasın kilsəni biznesə çevirdiyini bildiriblər.

Qeyd edək ki, Yezras bütün erməni patriarxı II Qareginin qardaşıdır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ