SON DƏQİQƏ
» » Tiflis geri addım atdı: Rusiya ilə əlaqələri...

Tiflis geri addım atdı: Rusiya ilə əlaqələri...

Tarix:

28-06-2019, 20:54

/ 1 768 dəfə oxundu.
Tiflis geri addım atdı: Rusiya ilə əlaqələri...

Rusiya ilə müsbət əlaqələri davam etdirməyi arzulayırıq.

GunAz.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

O bildirib ki, iki ölkə arasındakı əlaqələrlə bağlı Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə müzakirə aparıb:

“Biz mövcud vəziyyəti müzakirə etdik. Qeyd edildi ki, bizim kimi Rusiya da ticari-iqtisadi, nəqliyyat və müəyyən humanitar sahələrdə əldə edilmiş müsbəti inkişafı qorumağa səy göstərir”, - deyə Abaşidze jurnalistlərə açıqlamasında bildirib.

Diplomat hazırda emosiyaları qorumağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Prezidenti xanım Salome Zurabişvili Tiflisdəki iğtişaşlarda Rusiyanın beşinci kolonunu günahlandırmışdı.

O, Rusiya ilə ölkəsi arasında yaxınlaşmanın mümkünlüyünü təkzib etmişdi.

N.SAFURA

скачать dle 12.1

Şərhlər