SON DƏQİQƏ
» » Ukrayna MSK seçkilərin ilkin nəticələrini açıqlayıb

Ukrayna MSK seçkilərin ilkin nəticələrini açıqlayıb

Tarix:

22-07-2019, 19:47

/ 662 dəfə oxundu.
Ukrayna MSK seçkilərin ilkin nəticələrini açıqlayıb

 Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə  keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı  ilkin nəticələri açıqlayıb.

GunAz.az RİA"Novosti"yə istinadən xəbər verir ki, seçki nəticələrinə əsasən Ali Radaya 5 partiya keçəcək.

Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçkilərdə liderlik edir, bu partiya seçicilərin 48,52 faizinin səsini toplayıb. İkinci yerdə Yuliya Timoşenkonun “Batkivşina” partiyası (12,95 faiz), üçüncü yerdə Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (8,13 faiz), dördüncü yeri Oleq Lyaşkonun "Radikal Partiyası" (6,52 faiz), beşinci yerdə "Müxalifət platforması - Həyat uğrunda" (5,79 faiz) dayanır.

Qeyd edək ki, ötən gün Ukraynada səsvermə keçirilib.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ