SON DƏQİQƏ

“Xalqın xidmətçisi” 1-ci yerdədir

Tarix:

22-07-2019, 08:54

/ 2 590 dəfə oxundu.
“Xalqın xidmətçisi” 1-ci yerdədir

Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb.

GunAz.azn məlumatına görə, artıq seçkilərin yekunlarına dair milli “exit-poll”un nəticələri də açıqlanıb.

İlkin məlumatlara görə, ölkə Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası - 43,9% səslə birinci yer tutub. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir 11,5% səslə.

Qeyd edək ki, Ukraynada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ