SON DƏQİQƏ
» » Ukraynada seçkilərin yekun nəticələri elan olundu

Ukraynada seçkilərin yekun nəticələri elan olundu

Tarix:

4-04-2019, 09:51

/ 10 252 dəfə oxundu.
Ukraynada seçkilərin yekun nəticələri elan olundu

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilk turunda verilmiş səslərin hesablanmasını başa çatdırıb.

Bu haqda komissiyanın rəsmi saytında məlumat yayılıb.

Seçki bülletenlərinin 100 faizinin hesablanmasından sonra, keçmiş KVN-çi Vladimir Zelenski 30,24 faizlə liderliyini qoruyub saxlayır. Ukraynanın hazırkı dövlət başçısı Pyotr Poroşenko 15,9 faiz, keçmiş baş nazir – “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko isə 13,4 faiz səs toplayıb.

Dördüncü yerdə “Həyat naminə - müxalifət platforması”ından olan namizəd Yuriy Boyko gəlir, ona seçicilərin 11,67 faizi etimad göstərib.

Qeyd edək ki, bundan əvvəl MSK aprelin 21-də keçiriləcək ikinci tura yalnız Zelenski və Poroşenkonun adladığını elan etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ