SON DƏQİQƏ
» » Səslərin sayılması sona yaxınlaşdı: Prezident kim oldu? - NƏTİCƏLƏR

Səslərin sayılması sona yaxınlaşdı: Prezident kim oldu? - NƏTİCƏLƏR

Tarix:

25-06-2018, 00:41

/ 10 270 dəfə oxundu.
Səslərin sayılması sona yaxınlaşdı: Prezident kim oldu? - NƏTİCƏLƏR

Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin ilkin nəticələri məlum olub.

GunAz.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, seçki bülletenlərinin 97 faizinin hesablanmasından sonra məlum olan nəticələrə görə, prezidenti postu uğrunda hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan (Ədalət və İnkişaf Partiyası - AKP) 52,65 faiz səs toplayıb.

Məhərrəm İncə (Cümhuriyyət Xalq Partiyası - CHP) 30,75 faiz, Meral Akşener (İYİ Partiyası) 8,09 faiz, Səlahəddin Demirtaş (Xalqların Demokrat Partiyası - HDP) - 7,42 faiz,Temel Karamollaoğlu (Səadət Partiyası) 0,89 və Doğur Perinçek (“Vətən” Partiyası) 0, 20 faiz səs toplayıb.

Parlement seçkiləri üzrə 96,7 faiz bülleten sayılıb. İlkin nəticələrinə görə, AKP və Milliyyətçi Hərəkat Partiyasının yer aldığı “Cümhur ittifaqı” parlamentdə əksəriyyəti 53,65 faizlə (AKP - 42,46, MHP-11,19) təmin edir. CHP, İYİ və Səadət partiyalarının yer aldığı “Millət ittifaqı” ilkin nəticələrə görə, 34,12 faiz (CHP -22,72 Səadət 1,37, İYİ 10,06 faiz) səs qazanıb.

İlkin nəticələrə görə, HDP 11,26 faiz səs toplayaraq lazım olan 10 faizlik baryeri keçir.

Bu nəticələrə görə, "Cümhur ittifaqı" parlamentdə 342 (AKP 293, MHP 49 ), "Millət ittifaqı" isə 192 (CHP 146, Səadət 0, İYİ 46), HDP isə 66 millət vəkili ilə təmsil olunacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ