SON DƏQİQƏ

ABŞ sentyabrda defolt ola bilər - Hesabat

Tarix:

9-07-2019, 09:52

/ 1 764 dəfə oxundu.
ABŞ sentyabrda defolt ola bilər - Hesabat

ABŞ sentyabrın əvvəlində aşağı vergi daxil olmaları ucbatından defoltla üz-üzə qala bilər.

GunAz.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi İkipartiyalı Siyasət Mərkəzinin hesabatına əsasən yayıb. Məlumata görə, əgər Konqres dövlət borcu limitinin artırılması barədə qərar qəbul etməsə, ABŞ sentyabrın əvvəlində dövlət borcu limitini aşa bilər.

Təşkilatın İqtisadi Siyasət Şöbəsinin rəhbəri Şay Akabas Konqresin lazımi qərarı qəbul etmədən məzuniyyətə getməməli olduğunu açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton əks halda öz kredit öhdəliklərinin icra edə bilməyəcək.

N.SAFURA

скачать dle 12.1

Şərhlər