
Su-57-nin ucuzluğu bu qırıcıya silah bazarında böyük maraq qazandırıb.
GunAz.az xəbər verir ki, bu barədə Almaniyanın “Stern” nəşri məlumat yayıb.
Yazıda ilk Su-57 partiyasının 2028-ci ildə Rusiya ordusunun inventarına daxil olacağı deyilib:
“Rusiya hökuməti ilə "Sukoi" şirkəti arasında 76 qırıcının alqı-satqısı ilə bağlı böyük müqavilə imzalanıb. İlk olaraq bu təyyarələrdən 3 bölük təşkil ediləcək. Rusiya bu qırıcını əldə edəndə ortaq alman-fransız qırıcısı hələ modernləşmə mərhələsində olacaq”.
Nəşr vurğulayır ki, fövqəladə vəziyyətlərdə Rusiyanın yeni nəsil qırıcıları köhnəlmiş “Eurofighter”lərə asanlıqla üstün gələ biləcək.
N.SAFURA