SON DƏQİQƏ

Bu sonuncu təyyarə idi

Tarix:

8-07-2019, 08:46

/ 2 246 dəfə oxundu.
Bu sonuncu təyyarə idi

Rusiya və Gürcüstan arasındakı siyasi gərginlik səbəbindən avia səfərlərə qoyulan qadağa qüvvəyə minib.

GunAz.az xəbər verir ki, bu gün sonuncu Rusiya təyyarələri Tbilisidən uçuş həyata keçiriblər.

“Uralskie Avialinie” və S7 şirkətlərinə aid olan iki hava gəmisi Gürcüstan paytaxtından çıxan axırıncı təyyarələr olublar.

Hava gəmiləri uyğun olaraq, Bakı vaxtı ilə saat 20:55 və 21:00-da yola düşüblər.

Gecəyarı Batumidən Yekatrinburqa uçan təyyarə ilə daha bir reys sona çatacaq.

Moskvadan əks istiqamətdə isə “Aeroflot”a aid hava gəmisi Bakı vaxtı ilə sabaha qarşı saat 03:00-da yola düşəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsi barədə fərman imzalamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ