ABŞ-ın Solsberi insidenti ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gündən etibarən qüvvəyə minib.
Axar.az xəbər verir ki, sanksiyalar Bakı vaxtı ilə 08:00-da qüvvəyə minib.
Yeni sanksiyalara əsasən, Rusiyaya 1961-ci il xarici yardım haqqında qanun əsasında istənilən yardım dayandırılacaq. Üstəlik, Dövlət Departamenti Rusiya dövlət şirkətlərinə ABŞ silahlarının, eləcə də ikili əhəmiyyət təşkil edən məhsulların (əsasən kosmos və mülki aviasiya sahəsində əməkdaşlıq məsələlərində - red.) ixracı üçün lisenziya verilişini qadağan edəcək. Bundan başqa ABŞ-ın müəssisələrinə Rusiyaya kredit və digər maliyyə dəstəyi verməsinə qadağa qoyulacaq.
Qeyd edək ki, bu sanksiyaların ikinci hissəsi noyabrda qüvvəyə minəcək. Bu sanksiyalar Rusiya hüquqi şəxslərinin kreditləşməsinə, rus məhsullarının ixracı və idxalına qadağa qoyacaq.