ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. GUNAZ.azxəbər verir ki, qanun layihəsi ABŞ Senatının respublikaçı senatoru Maykl Krapo və demokrat Şerrod Braun tərəfindən hazırlanıb.
Məlumata əsasən, sanksiyalar Suriya hökumətinə silah tədarükü, ABŞ-a qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.
Bundan əlavə, Rusiyanın metallurgiya və dəmir yolu müəssisələrinə qarşı yeni sanksiyaların tətbiq ediləcəyi nəzərdə tutulur. (apa)