SON DƏQİQƏ
» » Putin aviaşirkətlərə Gürcüstana sərnişin daşımalarını qadağan edib

Putin aviaşirkətlərə Gürcüstana sərnişin daşımalarını qadağan edib

Tarix:

21-06-2019, 23:31

/ 599 dəfə oxundu.
Putin aviaşirkətlərə Gürcüstana sərnişin daşımalarını qadağan edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsibarədə fərman imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən iyulun 8-dən Gürcüstanla sərnişin daşımaları müvəqqəti qadağan edilir.

"2019-cu ilin 8 iyulundan Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasının ərazisindən Gürcüstan ərazisinə sərnişin (həmçinin ticarət) daşımalarını həyata keçirmək qadağan edilir", - deyə sənəddə bildirilir.

Bundan başqa, turizm operatorlarına və agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilir.

Vladimir Putin sərnişin daşınmalarının dayandırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinə Gürcüstanda olan ölkə vətəndaşlarının Rusiya Federasiyasına qayıdışına kömək etməyi tapşırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ