SON DƏQİQƏ

Putin İlham Əliyevi təbrik etdi

Tarix:

12-04-2018, 12:18

/ 10 318 dəfə oxundu.
Putin İlham Əliyevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə təbrik teleqramı göndərib.

Gunaz.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti postuna yenidən seçilən İlham Əliyevə təbrik teleqramı göndərib”,- məlumatda belə deyilir.

Putin məktubunda qeyd edib ki, Əliyevin qələbəsi onun yüksək siyasi nüfuzundan xəbər verir və eyni zamanda Azərbaycan qarşısında dayanan xarici siyasət və sosial-iqtisadi məsələlərin həllindəki xidmətlərinə şahidlik edir.

Mətbuat xidmətinin məlumatına əsasən, Vladimir Putin İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib və dövlətin birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib və bunun Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verdiyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ