SON DƏQİQƏ

Putin yatıb yuxu görür... - Kikabidze

Tarix:

3-07-2019, 12:56

/ 1 890 dəfə oxundu.
Putin yatıb yuxu görür... - Kikabidze

Mən hər zaman təkrar edirəm ki, rusların pis, faydasız ssenariləri var.

GunAz.az xəbər verir ki, bunu “Doyçe Velle”yə müsahibəsində məşhur gürcü müğənni Vaxtanq Kikabidze deyib.

“15-20 il əvvəl mən Jirinovskinin çıxışına baxırdım. O, Gürcüstanın quberniyalara bölünməsi haqqında danışır, deputatlar isə ona qulaq asıb, əl çalırdılar. Plan Gürcüstanı darmadağın edib, pis yaşayışını təmin edib, daha sonra “biz kömək edərək” deməsindən ibarət idi. Kiçik ölkəni yox etmək çox rahatdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiyanı Gürcüstanın NATO-ya inteqrasiyası qıcıqlandırır:

“Gənclər artıq dünyaya fərqli baxırlar. Kremldə olanlar köhnə düşüncəli adamlardır. Artıq dünyanın fərqli istiqamətə hərəkəti başlayıb. Bizim NATO və Qərbi istəməyimiz, demokratik ölkə olmağımız Rusiyanı qıcıqlandırır”.

O, Kremlin siyasətinin bir gün onun özünə qarşı çevriləcəyini deyib:

“Bilirəm ki, Rusiyada çoxları Putinin siyasətini xoşlayır. Onlar hesab edirlər ki, Putin Rusiya üçün ərazilər ələ keçirir. Yaxşı günlərin birində bu, pis yönə çevriləcək. Rusiyada insanlar onları işğalçı adlandırdığımız zaman inciyirlər. Sənin torpağını ələ keçirəni başqa necə adlandırmaq olar? Vladimir Putin yatıb, Gürcüstan SSR-ni yaradacağını görür”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər