SON DƏQİQƏ

Tramp Vaşinqtona tank yerləşdirir – Səbəb

Tarix:

2-07-2019, 11:35

/ 1 260 dəfə oxundu.
Tramp Vaşinqtona tank yerləşdirir – Səbəb

İyulun 4-ü Müstəqillik Günündə Vaşinqtonda keçirilən bayram tədbirlərində tanklar nümayiş olunacaq.

GunAz.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında deyib.

“İyulun 4-də bizim əla bayramımız olacaq. Şəhərə bir neçə tank yerləşdiriləcək”, - Tramp bildirib.

Onun sözlərinə görə, yollarda hərəkətə mane olmamaq üçün tanklar xüsusi yerlərə yerləşdiriləcək.

Tramp həmin gün paytaxt səmalarında hərbi təyyarələrin də uçacağını deyib.

“Vaşinqton Post” qəzeti isə yazıb ki, Tramp Müstəqillik Günündə paytaxtda “Abrams” tankları və 5-ci nəsil qırıcı-bombardmançı F-35 təyyarələrinin nümayiş olunmasını istəyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ