SON DƏQİQƏ
» » ABŞ və Çin razılığa gəldi - Tarix yazılır

ABŞ və Çin razılığa gəldi - Tarix yazılır

Tarix:

29-06-2019, 13:31

/ 1 267 dəfə oxundu.
ABŞ və Çin razılığa gəldi - Tarix yazılır

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Szinpin iki ölkə arasında ticarət danışıqlarını bərpa etmək barədə razılığa gəliblər.

GunAz.az-ın “Sinxua” agentliyinə istinadən məlumatına görə, Tramp və Si Szinpin “Böyük iyirmilik” ölkələrinin sammiti çərçivəsində Osakada görüşüblər. Danışıqlar zamanı Tramp bəyan edib ki, ABŞ tərəfi ədalətli ticari əməkdaşlıq haqqında sazişə imza atmağa hazırdır.

Onun sözlərinə görə, bu, bir tarix olacaq.

ABŞ Çin mallarına yeni rüsumlar tətbiq etməyəcəyi öhdəliyi götürdüyü də bildirilir. Qeyd edilir ki, digər məsələlər iki ölkənin ticari-iqtisadi nümayəndələrinin görüşü zamanı müzakirə olunacaq.

скачать dle 12.1

Şərhlər