SON DƏQİQƏ
» » Bu ölkədə havanın temperaturu 45 dərəcəni ötdü

Bu ölkədə havanın temperaturu 45 dərəcəni ötdü

Tarix:

29-06-2019, 09:02

/ 1 206 dəfə oxundu.
Bu ölkədə havanın temperaturu 45 dərəcəni ötdü

Fransanın cənubunda Qallarq-le-Montyue şəhərində (Qar departamenti) havanın temperaturu cümə günü 45,9° isti olub. Bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.

GunAz.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, sutka ərzində temperaturda üçüncü maksimum göstəricidir.

Bundan əvvəl “France Presse” agentliyi Vilvyey şəhərində 45,1° isti olduğunu yazıb, daha öncə isə Karpantra şəhərində temperaturun 44,3° isti olduğu bildirilib. Bu cür istilər 2003-cü il avqustun 12-də elə Fransanın cənubunda qeydə alınıb.

скачать dle 12.1

Şərhlər