SON DƏQİQƏ

Pakistan prezidenti Azərbaycana dəvət edildi

Tarix:

25-06-2019, 19:35

/ 1 289 dəfə oxundu.
Pakistan prezidenti Azərbaycana dəvət edildi

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin prezidenti Arif Alvi ilə görüşüb.

GunAz.az xəbər verir ki, görüş zamanı dövlət başçısı Azərbaycanla qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verdiklərini qeyd edib.

“Biz müştərək dini, mədəni mirası bölüşürük. Pakistan Azərbaycanla hər iki xalqın xeyrinə münasibətlərini daha da gücləndirməyə çalışır. Fikrimcə, iqtisadi əməkdaşlıq sahəsində ticarət dövriyyəsini daha da artırmaq, enerji və turizm sektorlarına sərmayə yatırmaq baxımdan hələ böyük imkanlarımız var”, - prezident A.Alvi vurğulayıb.

Pakistan iqtisadiyyatının müxtəlif sahələrində əlverişli sahibkarlıq mühitinin olduğunu bildirən səfir Ə.Əlizadə həmçinin dövlət başçısına Azərbaycana səfər etməsi üçün Prezident İlham Əliyevin rəsmi dəvətnaməsini təqdim edib.

скачать dle 12.1

Şərhlər