SON DƏQİQƏ
» » Xorvatiyanın sabiq prezidenti: Azərbaycanın inkişafı zamanın tələbidir

Xorvatiyanın sabiq prezidenti: Azərbaycanın inkişafı zamanın tələbidir

Tarix:

21-12-2018, 19:30

/ 10 292 dəfə oxundu.
Xorvatiyanın sabiq prezidenti: Azərbaycanın inkişafı zamanın tələbidir

Rəhbərlik xalqın firavanlığını və təhlükəsizliyini yüksəltməklə Azərbaycanı regional və dünya səviyyəsində neftdən asılı olmayan müasir, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi təqdim edir. 

GunAz.az-ın xəbərinə görə, bu fikirləri Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç Trend-ə verdiyi müsahibədə səsləndirib.

“Mən gözəl Azərbaycana ilk dəfə prezidentlik dövrümdə, sonralar isə daha çox səfər etmişəm. Bu səfərlər zamanı prezident İlham Əliyevin prioritet elan etdiyi, Azərbaycanın iqtisadi çiçəklənməsinə gətirib çıxaran nəhəng dəyişikliklərin şahidi olmuşam”.

Sabiq prezident vurğulayıb ki, enerji gəlirləri və qazın ixrac marşrutlarının artması Azərbaycana həm xaricdə, həm də ölkədə kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları və turizm kimi qeyri-enerji sahələrinə və müxtəlif meqalayihələrə investisiyalar yatırmaq hesabına iqtisadiyyatı şaxələndirməyə imkan verib.

S.Mesiç bildirib ki, Azərbaycan hökuməti korrupsiya ilə mübarizəyə böyük əhəmiyyət verir və ATƏT və Aİ də ölkənin bu sahədə nailiyyətlərindən razı qalıb. 

Onun sözlərinə görə, Azərbaycanın uğurları, xüsusilə də Davos Dünya İqtisadi Forumunun reytinqində mövqeyinin yaxşılaşması xarici investisiyalara daim açıq olmağa yönəlmiş siyasətin, eləcə də, əlverişli makroiqtisadi mühitin yaradılması üzərində ciddi işin nəticəsi kimi nəzərdən keçirilməlidir.

Sabiq prezident Azərbaycanda  infrastrukturun, təhsilin və biznes mühitinin yaxşılaşdırılması yolu ilə əsaslı islahatların milli maraqlara cavab verdiyini söyləyib.

Xorvatiyanın sabiq prezidenti deyib ki, dini dözümsüzlüyün artdığı və çoxtərəfli dünya nizamının pozulduğu müasir dövrdə Azərbaycan mədəni və dini müxtəliflik nəticəsində yaranan problemlərin uğurlu həllinə diqqəti yönəltmiş istənilən cəmiyyətin əməl etməli olduğu dinlərarası dialoqun arzuolunan modeli qismində çıxış edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ