SON DƏQİQƏ
» » Pompeo 298 nəfərin ölümü ilə bağlı Rusiyadan hesabat tələbi

Pompeo 298 nəfərin ölümü ilə bağlı Rusiyadan hesabat tələbi

Tarix:

4-06-2019, 08:04

/ 779 dəfə oxundu.
Pompeo 298 nəfərin ölümü ilə bağlı Rusiyadan hesabat tələbi

ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyanı 2014-cü ildə Donbas üzərində Malayziyanın “Boeing” sərnişin təyyarəsinin qəzasının araşdırılması üçün daha çox iş görməyə çağırıb.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Pompeo bu haqda qəzanın araşdırılması çərçivəsində Rusiyanın ABŞ-la kifayət qədər əməkdaşlıq edib-etmədiyinə dair suala cavab verərkən bildirib.

“Yox, onlar daha çoxunu etməlidir”, - Pompeo deyib.

Amerika dövlət katibi əlavə edib ki, Rusiya böyük miqdarda insanın həlak olduğu qəza haqqında hesabat verməlidir.

Xatırladaq ki, Malayziya təyyarəsi 17 iyul 2014-cü il tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 298 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.

ABŞ da təyyarənin rusmeyilli separatçılar tərəfindən vurulması versiyasını müdafiə edir. Rəsmi Kiyev də təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib.

Niderland Təhlükəsizlik Şurası da 2015-ci ilin oktyabrında açıqladığı hesabatında sərnişin təyyarəsinin Rusiyanın “Buk” zenit-raket kompleksi ilə vurulduğunu açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ