SON DƏQİQƏ

Avropanın bu ölkəsi 1 milyon işçi axtarır

Tarix:

20-04-2019, 23:07

/ 10 182 dəfə oxundu.
Avropanın bu ölkəsi 1 milyon işçi axtarır

Yaxın illərdə Rumıniya müxtəlif ölkələrdən 1 milyon işçi qüvvəsi cəlb etmək niyyətindədir.

GunAz.az xəbər verir ki,bu açıqlama ilə Rumıniyanın Pakistandakı səfiri Nikolae Qoya çıxış edib.

O deyib ki, Rumıniyada yaşanan işçi qüvvəsi böhranı səbəbindən ölkəyə sürücülər, həkimlər, mühəndislər, kompüter texnologiyası mütəxəssisləri, inşaatçılar cəlb olunacaqlar. 2019-cu ildə Rumıniya 20 min əcnəbini ölkənin bir sıra sahələrində işləmək üçün qəbul edəcək.

Qeyd edək ki, rumınların daha çox əməkhaqqına görə Avropa İttifaqının digər ölkələrinə köçmələri ölkədə işçi qüvvəsi qıtlığına səbəb olub.

скачать dle 12.1

Şərhlər