SON DƏQİQƏ

400 miqrant xilas edildi

Tarix:

3-01-2019, 10:29

/ 10 229 dəfə oxundu.
400 miqrant xilas edildi

İspaniyanın sahil mühafizəsi 2019-cu ilin ilk iki günü ərzində Aralıq dənizini keçmək istəyən 401 miqrantı xilas edib.

GunAz.az xəbər verir ki, yanvarın 1-də Cəbəllütariq boğazında və Alboran dənizində 111 miqrant xilas edilib, yanvarın 2-si isə daha 290 miqrantı xilas etmək mümkün olub.

Qeyd edək ki, 2015-ci ildə Yaxın Şərq və Şimali Afrikanın bir sıra ölkələrində münaqişələrin aktivləşməsi səbəbindən bu ərazilərdən Aralıq dənizi vasitəsi ilə Avropa keçmək istəyən miqrantların sayı kəskin artıb. Aralıq dənizi miqrantları Avropa İttifaqı ölkələrinə çatdırılması üçün əsas marşrut sayılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ