SON DƏQİQƏ
» » Azərbaycanın şəhəri erməni şəhəri ilə qardaşlaşıb? – Açıqlama

Azərbaycanın şəhəri erməni şəhəri ilə qardaşlaşıb? – Açıqlama

Tarix:

19-03-2019, 19:07

/ 10 212 dəfə oxundu.
Azərbaycanın şəhəri erməni şəhəri ilə qardaşlaşıb? – Açıqlama

Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşması xəbəri təkzib edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xoy şəhər bələdiyyə sədrinin müavini Ələkbər Çitsaz İran KİV-ə açıqlamasında bildirib.

Şəhər yetkilisi qeyd edib ki, Xoyla Ermənistanın heç bir şəhəri, o cümlədən Çermuk arasında qardaşlıq müqaviləsi imzalanmayıb:

“Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Türkiyənin Van və Konya şəhərləri ilə qardaşlaşma müqaviləsi imzalamaq üzrəyik. Başqa heç bir xarici şəhərlə belə bir müqaviləmiz yoxdur”.

Qeyd edək ki, ötən günlərdə sosial şəbəkələrdə Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşdığı barədə xəbərlər yayılmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ