SON DƏQİQƏ
» » Jurnalistin tuflisi aeroportun təxliyyəsinə SƏBƏB OLDU

Jurnalistin tuflisi aeroportun təxliyyəsinə SƏBƏB OLDU

Tarix:

25-01-2019, 14:32

/ 10 311 dəfə oxundu.
Jurnalistin tuflisi aeroportun təxliyyəsinə SƏBƏB OLDU

Parisin Orli hava limanının bir neçə zalı sərnişinlərdən birinin çantasında olan şübhəli obyektlə əlaqədar boşaldılıb.

GunAz.az xəbər verir ki, bu barədə “Parisien” məlumat yayıb.

Həyəcana səbəb “Royal Air Maroc” aviaşirkətinin təyyarəsi ilə Kasablankaya uçan qadının yükü olub.  

Müvafiq təhlükəsizlik tədbirlərindən sonra hadisə yerinə istehkam bölüyü çağırılıb. Onlar çantada olan şübhəli obyektə baxış keçirən zaman həmin obyektin bir cüt işıq saçan avanqard tufli olduğunu öyrənib.

Dəbli ayaqqabının moda dərgisində çalışan jurnalistə aid olduğu məlum olub.

Tuflinin yaratdığı ajiotaja görə bir neçə hava reysi gecikib.(Oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ