SON DƏQİQƏ

Maaşı kəsilən fəhlə hoteli sökdü - VİDEO

Tarix:

22-01-2019, 16:19

/ 10 172 dəfə oxundu.
Maaşı kəsilən fəhlə hoteli sökdü - VİDEO

İngiltərənin Liverpul şəhərində qəzəblənmiş fəhlə ekskavatorla inşası başa çatmamış hoteli dağıdıb. Onun qəzəbinə maaşının kəsilməsi səbəb olub.

GunAz.az xəbər verir ki, bu barədə “Sky News” portalı məlumat yayıb.

Yanvarın 20-də lentə alınmış videoçarxda sürücünün ekskavatorla hotelin pilləkənlərinə qalxdığını və şüşə qapı və üzərindəki paneli sökdüyünü görmək olur.

Daha sonra içəri daxil olaraq dağıntı törədir: içəridəki mebelləri aşırır, tavanın plitələrini sökür.  Hirsini bu yolla çıxaran fəhlə arada söyüş də söyür və “kişinin maaşını verməyəndə, axırı belə olur”, - deyə gileylənir.

Hadisə yerinə polisin çağırılmasından sonra ekskavatordan düşərək “dabana tüpürüb”. Hazırda onun axtarışa verildiyi bildirilir.

Fəhlənin bu çılğın hərəkətindən ətrafda olanlar şoka düşüb. Şahidlərin dediyinə görə, razılaşdırılmamış söküntü 20-30 dəqiqə ərzində davam edib.

Məlumata əsasən, fəhlənin özündən çıxmasına səbəb işəgötürənin maaşından 600 funt sterlinqi kəsməsi olub. Hotel şəbəkəsinin rəsmisi insidenti şərh etməkdən imtina edib.

скачать dle 12.1

Şərhlər