SON DƏQİQƏ
» » “Aktrisa ərinin icazəsi olmadan səhnəyə çıxa bilməz” – Gülüş doğuran qərar

“Aktrisa ərinin icazəsi olmadan səhnəyə çıxa bilməz” – Gülüş doğuran qərar

Tarix:

21-01-2019, 19:37

/ 10 197 dəfə oxundu.
“Aktrisa ərinin icazəsi olmadan səhnəyə çıxa bilməz” – Gülüş doğuran qərar

Güney Azərbaycanın Təbriz şəhərinin Ümumi Məkanlara Nəzarət İdarəsi aktrisalara həyat yoldaşları, yaxud atalarının icazəsi olmadan səhnəyə çıxmağı qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Güney Azərbaycandan olan yazıçı Əli Puriyan məlumat yayıb.

Yazıçı bildirib ki, sözügedən idarə teatrlarda tamaşaların nümayişinə icazə verməsi üçün yeni şərt irəli sürüb:

“Qərara əsasən, qadın aktrisaların səhnəyə çıxması üçün ər və ya atalarının yazılı şəkildə razılığı olmalıdır, əks halda onlar tamaşada rol ala bilməz”.

Qurumun qərarı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

скачать dle 12.1

Şərhlər