SON DƏQİQƏ
» » Özbəkistanın dövlət qulluqçuları hər gün gimnastika ilə məşğul olacaqlar

Özbəkistanın dövlət qulluqçuları hər gün gimnastika ilə məşğul olacaqlar

Tarix:

23-12-2018, 14:01

/ 10 189 dəfə oxundu.
Özbəkistanın dövlət qulluqçuları hər gün gimnastika ilə məşğul olacaqlar

Özbəkistanın dövlət təşkilatlarının əməkdaşları bundan sonra hər gün iş yerində gimnastika ilə məşğul olacaqlar.

GunAz.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

Özbəkistan prezidentinin imzaladığı fərmana əsasən dövlət qurumları həftədə bir gün “Sağlamlıq günü” keçirməlidirlər.

Həmin gün əməkdaşlar qaçış, üzgüçülük, futbol, basketbol, tennis və s. kimi fiziki-kütləvi tədbirlərdə iştirak etməlidirlər.

Sənəddə bildirilir ki, bundan sonra dövlət qurumları öz aralarında mütəmadi olaraq müxtəlif yarışlar keçirməlidirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ