SON DƏQİQƏ
» » Rus səfirindən inanılmaz sözlər: “Rusiya və Türkiyə birlikdə…”

Rus səfirindən inanılmaz sözlər: “Rusiya və Türkiyə birlikdə…”

Tarix:

20-12-2018, 12:00

/ 10 231 dəfə oxundu.
Rus səfirindən inanılmaz sözlər: “Rusiya və Türkiyə birlikdə…”

“Rusiya və Türkiyə prezidentləri il ərzində 5 dəfə görüşüblər, 17 dəfə telefonla danışıblar. Şübhəsiz ki, bu, rekord təmasdır”.

GunAz.az xəbər verir ki, bu sözləri Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.

O, iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdiyinə diqqət çəkib və ticarət həcminin 22 milyard dollardan 28 milyard dollara qalxdığını bildirib.

Yerxov Türkiyə-Rusiya münasibətlərinin parlaq gələcəyinin olduğunu vurğulayıb: “Ölkələrimiz həm ikitərəfli münasibətlərin inkişaf etdirilməsində, həm də beynəlxalq məsələlərin həllində böyük potensiala sahibdir. Birlikdə hərəkət etsək, qalib gəlmək üçün bütün şanslar bizimlə olacaq. Hətta birlikdə məğlubedilməz olduğumuzu deyə bilərəm. Bu, ümidvericidir”.

Maraqlıdır ki, Rusiya səfiri bu sözləri iki il öncə Anakarada sui-qəsd nəticəsində öldürülən Andrey Karlovun anım mərasimindəki çıxışında deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ