SON DƏQİQƏ
» » Qorxunc iddia: “Makron nəzarəti itirib” – Fransa nümayişləri böyüyür/Fotolar

Qorxunc iddia: “Makron nəzarəti itirib” – Fransa nümayişləri böyüyür/Fotolar

Tarix:

8-12-2018, 17:00

/ 10 230 dəfə oxundu.
Qorxunc iddia: “Makron nəzarəti itirib” – Fransa nümayişləri böyüyür/Fotolar

Təhlükəsizlik qüvvələri Fransanın paytaxtı Parisdə “sarı jiletlilər”in keçirdikləri aksiyalara gözyaşardıcı qazla müdaxilə edib.

GunAz.az xəbər verir ki, paytaxtda vəziyyətin gərginlikdə qaldığı vaxt ölkənin Baş naziri Eduard Filipp 481 nəfərin saxlanıldığını, 211 nəfərin isə həbs edildiyini açıqlayıb.

Fransadakı nümayişlərə geniş yer ayıran İngiltərənin “Deyli Ekspress” qəzeti Prezident Emmanuel Makronun vəziyyətə nəzarəti tamamilə itirdiyini iddia edib.

Gərginliyin qarşısını almaq istəyən hökumət etiraz aksiyalarının keçirildiyi məkanlara ümumilikdə 89 min polis cəlb edib.

Bir neçə saatlıq fasilədən sonra “sarı jiletlilər” kütləvi nümayişlərə yenidən start veriblər.

Etirazçılar hökumətdən vergiləri azaltmağı və iqtisadi problemləri həll etməyi tələb edirlər.

Nümayişlərdən fotoları təqdim edirik:

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ