SON DƏQİQƏ
» » Parisdə etiraz aksiyaları qızışır- 400 nəfər saxlanıldı

Parisdə etiraz aksiyaları qızışır- 400 nəfər saxlanıldı

Tarix:

2-12-2018, 14:41

/ 10 397 dəfə oxundu.
Parisdə etiraz aksiyaları qızışır- 400 nəfər saxlanıldı

Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları zamanı saxlanılanların sayı 400 nəfəri keçib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, özlərini "sarı jiletlilər" adlandıran etirazçıların hüquq mühafizə orqanları ilə toqquşmaları zamanı 133 nəfər, o cümlədən 23 polis xəsarət alıb.

Fransa Prezidenti Emmanuel Makron G-20-nin Argentinada keçirilən sammiti zamanı verdiyi açıqlamada zorakılıq tətbiq edənləri sərt şəkildə qınayıb və onların məhkəmə qarşısında cavab verəcəyini bildirib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ