SON DƏQİQƏ
» » İranda DƏHŞƏTLİ TERROR: Ölənlər və yaralananlar var

İranda DƏHŞƏTLİ TERROR: Ölənlər və yaralananlar var

Tarix:

6-12-2018, 12:06

/ 10 211 dəfə oxundu.
İranda DƏHŞƏTLİ TERROR: Ölənlər və yaralananlar var

İranın cənub-şərqindəki Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində hərbi bazanın ətrafında partlayış baş verib.

GunAz.az Publika -ya istinadən xəbər verir ki, bu haqda əyalətin qubernatorun təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Hadi Maraşi bildirib.

“Bu səhər Çabaharda hərbi bazanın ətrafında partlayıcı qurğu işə salınıb. Nəticədə, 3 nəfər ölüb, 19-u yaralanıb”, - Maraşi deyib.

Onun sözlərinə görə, bomba avtomobilin içində quraşdırılmışdı.

“Al Mayadeen” telekanalı isə partlayış baş verən ərazidə atəş səslərinin eşidildiyini xəbər verib.

"Tasnim" agentliyin isə 4 nəfərin öldüyünü, xeyli sayda adamın yaralandığını bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ