SON DƏQİQƏ

11 miqrant yol qəzasında yanaraq öldü

Tarix:

13-10-2018, 16:48

/ 10 248 dəfə oxundu.
11 miqrant yol qəzasında yanaraq öldü

Yunanıstanda miqrantları daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

GunAz.az yerli KİV-ə istinadən xəbər verir ki, ağır yol qəzası nəticəsində mikroavtobusun içərisində olan miqrantlar nəqliyyat vasitəsini tərk edə bilməyib və diri-diri yanaraq ölüb.

Yük maşınının sürücüsü olan yunan vətəndaşı son anda maşını tərk edə bilib.

İlkin ehtimala görə mikroavtobusun sürücüsü yüksək sürətə görə idarəetməni itirib və yük maşınına çırpılıb.

Qeyd edək ki, güclü yanğına görə polis ölənlərin kimliklərini müəyyənləşdirə bilməyib və bu məqsədlə ekspertiza təyin olunub.

скачать dle 12.1

Şərhlər