SON DƏQİQƏ

Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

Tarix:

13-10-2018, 15:25

/ 10 253 dəfə oxundu.
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

Əfqanıstanda seçkiqabağı kampaniya ilə əlaqədar keçirilən tədbirdə terror aktı baş verib.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə baş verən partlayış nəticəsində 12 nəfər həyatını itirib, 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölənlər içərisində Milli Təhlükəsizlik Müdirliyinin vəzifəliləri və polis məmurlarının da olduğu bildirilib.

Bu tədbir Tahar vilayətinin Rustak dairəsi üzrə qadın namizədin seçkiqabağı kampaniyası çərçivəsində keçirilib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayının 20-də Əfqanıstanda parlament seçkiləri keçiriləcək.

скачать dle 12.1

Şərhlər