SON DƏQİQƏ
» » Türkiyədən növbəti əməliyyat: Terror təşkilatçısı tutuldu

Türkiyədən növbəti əməliyyat: Terror təşkilatçısı tutuldu

Tarix:

12-09-2018, 13:29

/ 10 234 dəfə oxundu.
Türkiyədən növbəti əməliyyat: Terror təşkilatçısı tutuldu

Türkiyə kəşfiyyatı Suriya ərazisində xüsusi əməliyyat aparıb.

GunAz.az  xəbər verir ki, əməliyyat nəticəsində 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının təşkilatçısı, Türkiyə vətəndaşı Yusuf Nazik saxlanılıb.

Y.Nazik Suriyanın Latakiya şəhərində ələ keçərək Türkiyəyə gətirilib.

Yerli KİV-in yazdığına əsasən, o, terror aktını Suriya kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyini etiraf edib.

Xatırladaq ki, 53 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən Reyhanlı terroruna görə məsuliyyəti DHKP-C daşıyır.

скачать dle 12.1

Şərhlər