SON DƏQİQƏ
» » Türkiyə raket atəşinə tutuldu: 1 ölü, 54 yaralı

Türkiyə raket atəşinə tutuldu: 1 ölü, 54 yaralı

Tarix:

22-01-2018, 06:45

/ 2 205 dəfə oxundu.
Türkiyə raket atəşinə tutuldu: 1 ölü, 54 yaralı

Türkiyə şəhərlərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb.

Gunaz.az xəbər verir ki, bu barədə Türkiyənin Hatay əyalətinin administrasiyası məlumat yayıb.

"PYD terrorçuları tərəfindən Hatay əyalətinin Reyhanlı şəhərinə 11 raket atılıb. Onlardan 9-u şəhər ərazisinə düşüb. Nəticədə 47 nəfər yaralanıb. Onlardan 30-u Türkiyə, 17-si isə Suriya vətəndaşıdır. Yaralıların hamısı şəhər xəstəxanasına aparılıb. Bir Suriya vətəndaşı ölüb, 4 nəfər xəstəxanada müalicəsini davam etdirir, 42 nəfər evə buraxılıb", - deyə bəyanatda bildirilir.

Kilis administrasiyasının məlumatına görə, bu şəhər də Suriyanın Afrin bölgəsindən raket atəşinə məruz qalıb. Burada 4 raket partlayıb, nəticədə 7 nəfər yaralanıb. 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ