SON DƏQİQƏ
» » İspaniya sərhəddində gərginlik: 7 polis yaralandı

İspaniya sərhəddində gərginlik: 7 polis yaralandı

Tarix:

23-08-2018, 11:38

/ 10 272 dəfə oxundu.
İspaniya sərhəddində gərginlik: 7 polis yaralandı

İspaniyaya bağlı olan Ceuta muxtar bölgəsi ilə Mərakeşi bir-birindən ayıran sərhəddə, 300-ə yaxın miqrant sərhəddən keçməyə çalışarkən 7 polis məmurunu yaralayıblar.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, Afrikanın şimalında yerləşən və İspaniyaya bağlı olan Ceuta muxtar şəhərin sərhədində, sayı təxminən 300-dən çox olan qaçqın qrupları sərhədi keçməyə çalışıblar. Qaçqınlar onlara müdaxilə edən polislərə hücum ediblər. Yarana gərginlik zamanı 7 sərhəd polisi yaralanıb. Mətbuatda verilən xəbərlərdə təxminən 300-ə qədər miqrantın sərhəddən keçdiyini yazılsa da, İspaniya polisi bu rəqəmin 115 nəfər olduğunu bidlirib. Yerli xəbər kanalı El Faro də Ceuta, sərhədi keçən, keçəndən sonra şəhərdə gəzən miqrantların video görüntülərini yayımlayıb. Videoda miqrantların, yerli bir Qərbi Afrika dili olan Fula dilində qələbə mənasını verən “Boza№ – deyə qışqırdıqları eşidilir. Digər tərəfdən, Mülki Mühafizəçilər Birliyi Qurban Bayramı münasibətilə sərhəd mühafizəçilərin sayının az olduğunu, köçkünlərin də sərhədi keçmək üçün xüsusilə o günü seçdiyini söyləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ