SON DƏQİQƏ
» » BMT dünyadakı miqrantların sayını açıqladı

BMT dünyadakı miqrantların sayını açıqladı

Tarix:

19-12-2017, 10:34

/ 734 dəfə oxundu.
BMT dünyadakı miqrantların sayını açıqladı

258 milyona yaxın insan və ya dünya əhalisinin 3,4 faizi anadan olduğu ölkədə yaşamır və beynəlxalq miqrant hesab olunur.

Gunaz.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Məruzəsində deyilir.

Məruzəyə əsasən, 2000-ci ildən miqrantların sayı 49 faiz artıb. Miqrantların əksəriyyəti 5 ölkədə yaşayır: ABŞ – 49,8 milyon , Səudiyyə Ərəbistanı, Almaniya və Rusiya (hər ölkədə 12 milyon miqrant), Böyük Britaniya – 9 milyon miqrant. Miqrantların yaşadığı regionlar arasında ilk yerdə Asiya (80 milyon) qərarlaşıb, ikinci yerdə Avropa (78 milyon), üçüncü yürdə isə Şimali Amerika (58 milyon).

Miqrantların anadan olduqları ölkələr arasında isə ilk yerdə Hindistan (17 milyon) qərarlaşıb, ikinci yerdə Meksika (13 milyon). Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan isə 6-11 milyon insan öz ölkəsini tərk edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ