SON DƏQİQƏ
» » Meksika prezidenti qaçqınlara 47 milyon ayırdı

Meksika prezidenti qaçqınlara 47 milyon ayırdı

Tarix:

28-01-2017, 18:57

/ 4 914 dəfə oxundu.
Meksika prezidenti qaçqınlara 47 milyon ayırdı

Meksika Prezidenti Enrike Penya Nyeto ABŞ-dakı meksikalı miqrantların qorunmasına 47,5 milyon dollar yönəldəcək.
Bunu jurnalistlərə açıqlamasında Meksika Senatının rəhbəri Pablo Eskudero söyləyib.
"Prezident artıq maliyyə nazirinə tapşırıq verib ki, 1 milyard pesonu miqrantların müdafiəsinə yönəltsin. Əgər ehtiyac yaranarsa, prezident yenə maliyyə ayıracaq” – o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın miqrant axınının qarşısını almaq üçün Meksika ilə sərhədə divar çəkmək istəməsi Mexiko ilə Vaşinqton arasında münasibətləri gərginləşdirib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər