SON DƏQİQƏ

Leysan Pekin aeroportunu iflic etdi

Tarix:

17-07-2018, 11:31

/ 10 278 dəfə oxundu.
Leysan Pekin aeroportunu iflic etdi

Çinin paytaxtı Pekinin "Şoydu" beynəlxalq hava limanında təxminən 650 reys ləğv edilib, 129-u isə yubanır.

GunAz.az xəbər verir ki, reyslərin təxirə salınmasına və yubanmasına səbəb Çinin paytaxtında bir neçə gün davam edən leysan yağışları olub.

Yerli vaxtla saat 12:30 üçün 364 reysin uçuşu ləğv edilib, 113 reys isə yubanır. Eyni zamanda, 279 reysin hava limanına gəlişi ləğv edilib, 16-sı isə yubanır.

Pekinin meteoroloji bürosu bəzi rayonlarda "göy" və "sarı" təhlükə səviyyəsini elan edib. Şəhər ərazisində hava şəraiti ilə əlaqədar olaraq, bu gün 133 turist obyekti fəaliyyət göstərməyəcək.
скачать dle 12.1

Şərhlər