SON DƏQİQƏ
» » Dəmiryol qəzasına görə vəzifəli şəxslər tutuldu

Dəmiryol qəzasına görə vəzifəli şəxslər tutuldu

Tarix:

9-07-2018, 14:18

/ 10 295 dəfə oxundu.
Dəmiryol qəzasına görə vəzifəli şəxslər tutuldu

Türkiyəni Tekirdağ əyalətində baş verən dəmiryol qəzasına görə iki maşinist tutulub.

GunAz.az xəbər verir ki, bu məlumatı CNNTurk yayıb.

Türkiyə KİV-in yazdığına görə, bu dəmiryolu xətti ilə bağlı tenderin elan edilməsi 2018-ci il iyunun 21-də ləğv olunub. Amma məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, iyulun 8-də Türkiyədə Uzunköprü - Halkalı istiqamətində hərəkət edən 6 vagondan ibarət qatar relsdən çıxıb. Qatarda 6 heyət və 362 sərnişin olub. Qəza zamanı 5 vagon relsdən çıxaraq, aşıb. Qəza nəticəsində 24 nəfər ölüb, 318 nəfər xəsarət alıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ