SON DƏQİQƏ

Atatürk hava limanı park olacaq

Tarix:

25-05-2018, 11:26

/ 10 347 dəfə oxundu.
Atatürk hava limanı park olacaq

Atatürk hava limanı İstanbulda yeni aeroportun açılışından sonra park kimi fəaliyyət göstərəcək.

Gunaz.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, Atatürk hava limanının yerində park yaradılacaq.

O vurğulayıb ki, İstanbulda yeni aeroportun tikintisinə ehtiyac var idi.

Bundan əvvəl Atatürk hava limanının sərgi mərkəzi kimi fəaliyyət göstərəcəyi bildirilirdi.

Qeyd edək ki, bu il oktyabrın 31-də Atatürk aeroportunda bütün uçuşlar dayandırılacaq.

Hazırda İstanbulun şimal hissəsində yeni hava limanının tikintisi üzrə işlərin 88 faizi başa çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ