SON DƏQİQƏ

Paşinyandan ermənilərə çağırış

Tarix:

14-05-2018, 12:29

/ 10 329 dəfə oxundu.
Paşinyandan ermənilərə çağırış

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 13-ü gecə saatlarında Rusiyaya səfər edib.
Gunaz.az xarici mətbuata istinadən  xəbər verir ki, Nikol Paşinyan Soçi şəhərinə gedib. Verilən məlumata görə, müqəddəs Qriqori kilsəsində erməni miqrantlarla görüşən Paşinyan Ermənistanla Rusiya arasındakı qarşılıqlı münasibətlərin "qardaşlıq xarakterini” dəfələrlə vurğulayıb, Rusiya hakimiyyətinə erməni icmasının Rusiyada yaşamasına və işləməsinə imkan verəcək milli dostluq mühiti yaratdığı üçün təşəkkür edib.
"Biz qardaş Rusiyaya sizin rahat yaşaya və işləyə biləcəyiniz mühit təmin etdiyi üçün təşəkkür edirik. Bununla belə, demək istəyirəm ki, sizin öz evinizə, Ermənistana qayıda bilməniz üçün də çalışacağıq”, - Paşinyan bildirib.
Erməni baş naziri varlı erməni iş adamlarını Ermənistan iqtisadiyyatına sərmayə qoymağa da çağırıb. O, "yeni Ermənistan”da hər bir investisiyanı dövlətin qoruyacağına və onlara qarşı heç bir təcavüz olmayacağına zəmanət verib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ