SON DƏQİQƏ

Türkiyənin sabiq naziri dünyasını dəyişdi

Tarix:

19-03-2018, 11:35

/ 10 268 dəfə oxundu.
Türkiyənin sabiq naziri dünyasını dəyişdi

Türkiyənin keçmiş təhsil, gənclər və idman naziri Hasan Celal Güzel vəfat edib.

Gunaz.az xəbər verir ki, dünən böyrək çatışmazlığı və aşağı qan təzyiqi səbəbi ilə reanimasiyaya yerləşdirilən sabiq nazir dünyasını dəyişib.

Xəstəxanada vəziyyəti daha da ağırlaşan Güzel təcili tibbi yardım helikopteri ilə Ankaraya çatdırılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Hasan Celal 1945-ci ildə Qaziantepdə anadan olub. Ankara universitetində təhsil alıb. Bir sıra dövlət işlərində çalışıb və 1983-cü ildə baş nazirin müşaviri təyin edilib. 1987-ci ildə təhsil, idman və gənclər naziri təyin edilib.

скачать dle 12.1

Şərhlər