
Türkiyə ordusunun xüsusi təyinatlı dəstələri Afrinin qərbində YPG-yə məxsus pilotsuz uçan aparatı (PUA) məhv edib.
Gunaz.az xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb.
PUA-nın Türkiyə ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşu həyata keçirdiyi vurğulanıb.































